Bakı Dövlət Universitetinin Fizika fakültəsində 15.07.2020-ci il tarixində “Microsoft Teams” platforması vasitəsi ilə növbəti onlayn elmi seminar baş tutmuşdur. Seminarda çıxış edən Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Şirxan Hümbətov “BaTiO3 nanohissəciklərinin smektik A fazalı maye kristalın fiziki xassələrinə təsiri” mövzusunda məruzə etmişdir. Müasir displey texnologiyasının əsasını təşkil edən maye kristalların keyfiyyət parametrlərinin nanotexnoloji üsullarla yüksəldilməsinə həsr olunmuş seminar iştirakçılar tərəfindən böyük maraqla dinlənmişdir. Məruzə maraqla qarşılanmış və seminar iştirakçılarının çox saylı suallarına məruzəçi ətraflı çavab vermişdir. Müzakirələr zamanı iştirakçılar aparılan tədqiqat işlərinin elmi səviyyəsinin yüksək olduğunu bildirərək alınan yeni materialların sənayedə geniş tətbiq imkanları barədə fikirlərini bildirmişlər.