14 yanvar 2016-ci ildə Fizika fakültəsinin bu ilin ilk Elmi Şurası keçirildi. Fakültənin dekanı, prof. M.Ə. Ramazanov iclası açdı və BDU-nun rektorluq nümayəndələrinə- prof. Əli Əhmədova və profə Vaqif Salmanova və bütün Fakültə Şura üzvlərinə Şuranın işində iştirakı üçün təşəkkürüni bildirdi.
Birinci məsələ ilə bağlı fakültə dekanının prof. M.Ə. Ramazanovun illik elmi hesabatı dinlənildi. 2015-ci ildə əldə olunan nəaliyyətləri qeyd olundu. Fakültə əməkdaşlarının THOMSON REUTER tərəfindən indekslənmiş jurnallarında 36 elmi məqalə dərc olunub (onlardan A kateqoriyalı jurnallarda - 8, B - 8, C - 20). Hal-hazırda işlənilən grantların həcmi bir neçə million manat təşkil edir.
O, fizika fakültəsinin böyük elmi potensiala malik olduğunu qeyd etdi, fakültənin görkəmli alimlərini yad etdi və yaşlı nəsili qorumağın vacibliyindən söz açdı. İstedadlı gəncləri dəstəkləmək vacibliyini qeyd etdi. Fakültədə qoyulan ən-ənəyə sadiq olaraq hər ay professor-müəllim heyyətinin iştirakı ilə elmi seminarlar keçirilir, bundan savayı ayda iki dəfə magistrantlar öz seminarlarında çıxış edirlər, öz dissertasiya işlərinə aid elmi axtarışlardan danışırlar. Hesabat ilində Fizika fakültəsinin müəllimlərinin 19 dərs vəsaiti və monoqrafiyası çapdan çıxıb. Elmi fəaliyyətin göstəricisi həmişəki kimi yüksəkdir: orta reytinq balı 72.6-dan-375 bal intervalındadır.
Geniş müzakirə aparıldı - fakültənin elmi fəaliyyətinin vacibliyi qeyd olundu. Professorlar Ş. Əsgərov, N. Qocayev, Ə. Abdinov, Ə. Əhmədov və s. məsələ ilə bağlı öz düşüncələri ilə bölüşdülər. Hesabat yekdilliklə qədul olundu.
İkinci məsələ ilə bağlı fakültənin yeni Metod Şurasının sədri çıxış etdi. O, Metod Şuranın təzə tərkibi ilə hazırlanmış Əsasnaməni müzakirəyə təqdim etdi. Davamlı müzakirədən sonra Şura üzvləri tərəfindən irəli sürülmüş yeni təklifləri nəzərə alaraq Əsasnamə təsdiq olundu.
Üçüncü məsələ ilə bağlı prof. M.Ə. Ramazanov məlumat verdi ki, hazirda fakültədə Dövlət Proqramı ilə doktorantura proqramı ilə 35 nəfər, onlardan 17 nəfəri elmlər doktoru və 18 nəfəri fəlsəfə doktoru pilləsində hazırlanır. Elmi Şura doktorantların elmi fəzliyyətinin məqbu hesab etdi.