Home Aze Ru Eng

Fizika fakültəsinin doktorantları Dubna şəhərində diplomla təltif olunublar

11/09/2017

Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə  proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB  ölkələrinin  Nanotexnologiya  üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif  MDB ölkələrindən 30-dək gənc alim  iştirak edib.

Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara  Rəhimli və Aydan Qəribli  təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar  Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov  İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.

Səfər çərçivəsində  ''Azərbaycan günü'' təşkil edən gənc tədqiqatçılar Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumat veriblər.

Təcrübə proqramına uyğun olaraq iştirakçılar qruplar şəklində bölünərək bir ay müddətində müvafiq layihələr üzərində işləyiblər. Sonda  təqdim etdikləri layihələri uğurla müdafiə edərək komissiya tərəfindən diplomla təltif olunublar.

Bookmark and Share