Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.