Home Aze Ru Eng

Fizika fakültəsinin doktorantları Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər

18/11/2016

MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB   ölkələrinin   Nanotexnologiya   üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında 16.10.2016 - 15.11.2016-cı il tarixlərində 9 MDB ölkəsindən 20 nəfər gənc tədqiqatçı alim seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə  proqramı”-nda iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər. Proqram çərçivəsində onlar BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olmuş, nəzəri və praktiki seminarlarda iştirak etmişlər. Proqrama uyğun olaraq elmi-istehsalat mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov innovasiya mərkəzinə təşkil olunmuş ekskursiyalarda iştirak etmişlər.

Hər il olduğu kimi bu il də həmyerlilərimiz  ''Azərbaycan günü'' təşkil edərək müxtəlif ölkələrdən olan həmkarlarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumat veriblər. Böyük maraqla qarşılanan tədbirin sonunda tariximizi, mədəniyyətimizi əks etdirən suvenirlər iştirakçılara təqdim edilmişdir.

Təcrübə proqramına əsasən iştirakçılar qruplar şəklində bölünərək, layihələr təqdim etmiş və bir ay müddətində həmin layihə üzərində işləmişlər. Proqramın sonunda iştirakçılar təqdim etdikləri layihələri komissiya qarşısında uğurla müdafiə edərək diploma layiq görülmüşlər.

Bookmark and Share