Home Aze Ru Eng

Fizika Fakültəsinin Bakı Elm festivalında iştirakı

19/11/2014

2014 –cü ilin 10-11 noyabr tarixlərində AMEA-nın təşkilatçılığı ilə “Akademiya şəhərciyi”ndə “Bakı Elm Festivalı” keçirilibdir. Bakı Elm Festivalının proqramına daxil olan istiqamətlərdə Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya və digər muzeylərə, ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə 23 elmi-populyar mühazirələr dinlənilib. Eyni zamanda, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olub. Mərkəzi Elmi Kitabxananın yeni binasında AMEA-nın institut və elmi təşkilatlarının, regional bölmələrinin elmi nailiyyətlərini əks etdirən sərgi nümayış etdirilmişdir. Sərgidə gənc alimlərin elmi maraq kəsb edən tədqiqat işlərinin nəticələri, multimedia instollasiyaları, elmi şoular, robotların yarışı böyük maraqla qarşılanıb. AMEA-nın müxtəlif institut və elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqları tərəfindən nəşr edilmiş ədəbiyyat nümunələri də sərgidə yer almışdır. Fizika Fakültəsinin dekanı Prof. M.Ə.Ramazanovun rəhbərliyi ilə həmin sərgidə fakültənin əməkdaşları tərəfindən Nanoaraşdırmalar laboratoriyasında aparılan bir sıra istiqamətlər haqqında məlumat verilərək, mövcud avadanlıqlar nümayış olunmuşdur. Həmçinin Tәlәbә Elm Cәmiyyәtinin üzvlәri tərəfindən hazərlanmış əyləncəli məruzə-prezentasiya təqdim olunmuşdur.Təqdimat festival iştirakçılarının alqışları ilə qarşılanmışdır.

Bookmark and Share