Fizika fakültəsinin növbəti elmi seminarı yanvarın 26-sı saat 10-30 da auditoriya 437-də keçiriləcəkdir. Seminarda Nanomaterialların Kimyəvi Fizikası kafedrasının dosenti Naqif Nəbiyev "Polimer-metal, polimer-yarımkeçirici nanokompozitlərin elektron fəza quruluşu və spektroskopik xüsusiyyətləri" mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr siminarda iştirak etməyə dəvət olunurlar.