BDU-nun Fizika fükltəsinin Elmi Şurasının iclasını giriş sözü ilə açan dekan, professor MəhəmmədəliRamazanov gündəlikdə olan məsələlər barədə məlumat verib.Dekan gündəliyə fakültə əməkdaşları tərəfindən 2017-ci il ərzində həyata keçirilən elmi-tədqiqat işlərinin hesabatının və cari məsələlərin daxil edildiyiniqeyd edib.
Fakültənin 2017-ci il üçün elmi hesabatını təqdim edən dekan M.Ramazanov bildirib ki, hesabat ilində 3 qrant layihəsi üzrə işlər davam etdirilib, bu layihələr çərçivəsində fakültənin bir sıra əməkdaşları xarici elmi mərkəzlərdə və universitetlərdə elmi ezamiyyətlərdə olublar. 2017-ci ildə fakültədə 1 beynəlxalq, 2 respublika elmi konfransı keçirilib, beynəlxalq konfransın materiallarının bir hissəsi Tomson Reyter agentliyi, Moskva Dövlət Universiteti, Tbilisi Dövlət Universitetitərəfindən çapa qəbul olunub. Fakültə əməkdaşları tərəfindən hesabat ilində 210 məqalə (o cümlədən respublika jurnallarında 116, “D” kateqoriyalı (digər agentliklər tərəfindən indekslənən) jurnallarda 39, Tomson Reyter agentiliyinin siyahısına daxil olan jurnallarda 56 məqalə (o cümlədən, “A” kateqoriyalı jurnallarda 7, “B” kateqoriyalı jurnallarda 14, “C” kateqoriyalı jurnallarda 36 məqalə) çap olunub. Elmi hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub
Daha sonra doktoranturanın fəlsəfə doktoru və elmlər doktoru pillələrində təhsil alan doktorantların cari ildəki fəaliyyətləri barədə hesabatları dinlənilib və onların növbəti kursa keçirilmələribarədə qərar qəbul edilib.
İclas digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.