Home Aze Ru Eng

Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir

17/02/2020

17 fevral 2020-ci il tarixdə Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasın gündəliyinə qış imtahan sessiyasının nəticələri barədə hesabatı, dövlət proqramı üzrə fəlsəfə doktoru hazırlığı ilə doktorantların hesabatı və cari məsələlər daxil edilmişdi.

İclası giriş sözü ilə açan dekan prof. M.Ə.Ramazanov 2020-ci ilin qış imtahan sessiyasının nəticələri üçün hesabatı prezentasiya şəklində təqdim etmişdir. O, bildirmişdir ki, imtahanlarda 1050 nəfər bakalavr və 116 nəfər magistrant iştirak etmişdir. Bildirildi ki, tələbələrin imtahanlarda bu ilki göstəriciləri keçən illə müqayisədə kifayət qədər yüksək olmuşdur. Belə ki, fizika müəllimliyi ixtisası üzrə müvəffəqiyyət göstəricisi 88%, fizika ixtisası üzrə isə 73% təşkil etmişdir. Magistratura üzrə boloniya sistemi ilə təhsil alan  116 magistrantın hamısı imtahanlarda iştirak etmiş, 110-u imtahanlardan müvəffəq qiymətlər almış, 6 nəfər kəsilmişdir. Müvəffəqiyyət göstəricisi 94,5%, keyfiyyət göstəricisi 75% təşkil etmişdir. Həmçinin imtahanların nəticələri üzrə digər analitik məlumatlar da Elmi Şura üzvlərinin diqqətinə çatdırılmışdır.

Elmi Şura üzvlərinin səsverməsi ilə fakültənin hesabatı qənaətbəxş hesab olunmuşdur.

Dövlət proqramı üzrə elmlər doktoru hazırlığı çərçivəsində “Nanomaterialların kimyəvi fizikası” kafredrasının doktorantı Hicran İbrahimova, fəlsəfə doktoru hazırlığı çərçivəsində “Astrofizika” kafedrasınım doktorantı Sevinc Rəcəbova, “Yarımkeçiricilər fizikası” kafedrasının doktorantları Behbud İbrahimov və Fidan Əhmədova, “Nanomaterialların kimyəvi fizikası” kafredrasının doktorantları Almara Rəhimli və Sevinc Məmmədyarova, “Maddə quruluşu” kafedrasının doktorantı Sənubər Bağırova, “Optika və molekulyar fizika” kafedrasının doktorantı Günel Səfərli, “Nəzəri fizika” kafedrasının doktorantı Şahnaz Tağıyeva, “Bərk cisimlər fizikası” kafedrasının doktorantı Əsmər Əhmədova ötən bir il ərzində dissertasiya mövzusu üzrə görülmüş işlər, həmin işlərin nəticələrinin nəşri barədə məlumat verdilər. Hesabatlar Elmi Şura üzvləri tərəfindən müsbət qiymətləndirildi və doktorant və dissertantlar attestasiyadan keçmiş hesab olundular.

Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatmışdır.
Fizika fakültəsinin 2019-2020-ci tədris ilinin I semestr nəticələri haqqında HESABATI  (Download as PDF)
Bookmark and Share