Home Aze Ru Eng

Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir

22/10/2019

22 oktyabr 2019-cu il tarixində Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. Elmi Şuranın sədri, fakültə dekanı ptof. Məhəmmədəli Ramazanov iclası açaraq iclasda iştirak etdiklərinə görə BDU-nun Tədris-Metodiki Şurasının sədri akad. Vasif  Babazadəyə, həmin Şuranın üzvü prof. L.H.Qasımovaya və digər qonaqlara öz təşəkkürünü bildirdi. O iclasın gündəliyini Şura üzvlərinin diqqətinə çatdırdı/

Tədris metodiki şuranın illik hesabatı haqqında prof. Ə.Abdinov ətraflı məlumat verdi.

Məruzəçi öz çıxışında TMŞ-nın tərkibi, əsas hüquq və vəzifələri haqqda məlumat verdikdən sonra ötən bir il ərzində TMŞ-nin gördüyü işlər barədə iclas iştirakçılarına yığcam və dolğun  məlumat verdi. Fakültədə tədrisin keyfiyyatinin qaldırılması üçün görülməli işlər barədə təkliflərini irəli sürdü. Sonda Ə.Abdinov onun fakültə  Tədris-metodiki şurasının sədri vəzifəsindən azad edilməsini xahiş etdi. Onun məruzəsi ətrafında çıxış edənlər (dos.M.R.Rəcəbov, prof. S.Q.Babazadə) fakültə TMŞ-nın keçən ilki fəaliyyəti barədə öz müsbət münasibətlərini bildirdilər.  BDU-nun Tədris-Metodiki Şurasının sədri akad. V.M.Babazadə və Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov da məsələ ilə bağlı öz fikirlərini söylədilər və hesabatı çox yüksək qiymətləndirdilər. Eyni zamanda prof.Ə.Abdinovun fakültə TMŞ sədri kimi fəaliyyəti də yüksək qiymət qiymətləndirildi və ona səmərəli fəaliyyətinə görə təşəkkür edildi.

Elmi Şura üzvlərinin səsverməsi ilə Fizika fakültəsi TMŞ-nin 2018/2019-cu tədris ili üçün hesabatı qəbul edildi. Bundan sonra fakültə TMŞ-yə yeni sədr seçilməsi məsələsi gündəliyə daxil olundu və müzakirəyə çıxarıldı. Təkliflər müzakirə olunaraq həmin vəzifəyə “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının dosenti Rəhim Şükür oğlu Rəhimovun namizədliyi səsə qoyuldu. Elmi Şura üzvlərinin səsverməsi nəticəsində dos.R.Rəhimov yekdilliklə Fizika fakültəsi TMŞ-nin sədri vəzifəsinə təsdiq olundu.

İkinci məsələ ilə bağlı prof. M.Ramazanov AMEA-nın illik hesabatına daxil edilmək üçün elmi nəticələrin siyahısını təqdim etdi və həmin siyahı səsvermə ilə qəbul edildi.

Cari məsələlərlə də bağlı Elmi Şura müsbət qərar qəbul etdi. Bununla da Elmi Şuranın iclası başa çatdı.

Fizika fakültəsinin Tədris Metodiki Şurasının 2018-2019-cutədris ili üzrə HESABATI

Bookmark and Share