Home Aze Ru Eng

Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

08/06/2018

08 iyun 2018-ci il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlikdə yekun dövlət attestasiyası imtahanlarının nəticələrinin müzakirəsi, müsabiqələrin keçirilməsi kimi məsələlərə baxılmışdır.

Elmi Şüranın sədri prof. M.Ə.Ramazanov iclası açaraq məlumat verdi ki, Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilmiş və ona akademiyanın diplomu təqdim edilmişdir. Sədr və şüra üzvləri prof. S.Abdullayevi təntənəli şəkildə təbrik etdilər.

Daha sonra gündəlikdə olan digər məsələlərə baxıldı. Müsabiqələrdə iştirak edənlər dinlənildi, hesablayıcı komissiya üzvləri seçildi. Gizli səsvermə yolu ilə namizədlərin müsabiqəsi keçirildi. Sonda hesablayıcı komissiyanın sədri nəticələri elan etdi. Elmi şüranın sədri prof. M.Ə.Ramazanov və şura üzvləri kafedra müdiri, dosent və müəllim vəzifələrinə seçilmiş namizədləri təbrik etdi. Bununla da iclas yekunlaşdı.

Bookmark and Share