28 fevral 2020-ci il tarixdə Fizika fakültəsinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilmişdir. İclasın gündəliyinə ötən iki il ərzində Həmkarlar Təşkilatının fəaliyyəti barədə hesabat və təşkilatın yeni büro üzvlərinin seçilməsi daxil edilmişdir.
İclasın sədri dekan prof. Məhəmmədəli Ramazanov və katib Donora Məmmədova seçilmişlər.
İclası sədri, fakültə dekanı prof. Məhəmmədəli Ramazanov hesabat məruzəsi ilə çıxış etmək üçün sözü fakültə Həmkarlar Təşkilatının sədri Ənnağı Məhəmmədova vermişdir. Məruzəçi hesabat dövründə fakültə Həmkarlar Təşkilatının fəaliyyəti barədə məlumat vermişdir. Məruzə ətrafında çıxış edənlər Həmkarlar Təşkilatının hesabat dövrü üçün fəaliyyətin qənaətbəxş qiymətləndirməklə yanaşı, bir sıra iradlarını və təkliflərini bildirmişlər. Məruzə səsə qoyularaq qəbul edilmişdir. İclas iştirakçılarının səsverməsi ilə Həmkarlar Təşkilatının hesabatı qənaətbəxş hesab olunmuşdur.
Bundan sonra fakültənin Həmkarlar Təşkilatının bürosuna yeni üzvlərin seçkisi həyata keçirilmişdir. Namizədliyi irəli sürülən şəxslər səsvermə ilə büroya seçilmişlər.
Bununla iclas başa çatmışdır.