28.10.2014 tarixindә, BDU-nun akt zalında fizika fakültәsinin 1-ci kurs tәlәbәlәrinin fakültәnin dekani, prof. M.Ramazanov, kafedra müdirlәri və kafedraların aparıcı müәllimlәri ilə görüşü keçirilmişdir. Görüşdә fizika fakültәsinin dekanı prof. M.Ramazanov, kafedra müdirlәri prof. E.Mәsimov, prof. Ə.Abdinov, prof. C.Quluzadә, prof. R.Qasımova, prof. I.Әliyev, dos. M.Rәcәbov, dos. M.Mahmudov ve b. iştirak etmişdirlәr. Bakı Dövlәt Universiteti Fizika fakültәsi Tәlәbә Elmi Cәmiyyәtinin tәşkil etdiyi bu görüşdә dekan vә kafedra müdirlәri rәhbәrlik etdiklәri kafedralar haqqında danışmış, kafedralarının elmi istiqamәtlәri ilә tәlәbәlәri tanış etmişdir. Görüşdә fakültә dekanı prof. Mәhәmmәdәli Ramazanov çıxış etmiş, Fizika fakultəsində son zamanlarda aparılan islahatlardan, fakültənin maddi texniki imkanlarının yaxşılaşmasından, fakultənin tarixindən, onun görkəmli məzunlarından və Tәlәbә Elmi Cәmiyyәtinin fәaliyyәtini yüksәk qiymәtlәn danışmışdır. Çıxış zamanı o bildirmişdir ki, Azərbaycan fizika məktəbinə görkəmli şəxsiyyətlər vermiş bu fakultənin gələcəyi Siz tələbələrdən asılıdır və müstəqil Azərbaycanın inkişafı naminə daha da yaxşı oxumaq, ölkəmizi dünya elm müstəvisində layiqincə təmsil etmək lazımdır. O, fakültədə Tələbə Elm Cəmiyyətinin fəaliyyətinə yüksək qiymət verərək bildirdi ki, istedadlı tələbələri aşkar edib tapmaq, onları elmə cəlb etməyin təşkili məsuliyyəti onların üzərinə düşür və cəmiyyətin işini daha da yaxşı təşkil etməsi üçün öz tövsiyyәlәrini vermişdir. Hәmçinin görüşdə "Fizika tarixi" mövzusunda maraqlı prezentasiya tәqdim olunmuşdur.