Home Aze Ru Eng

Fizika fakültəsinin əməkdaşları Şamaxı rayonuna səfər ediblər

24/05/2022

22 may 2022-ci il tarixində Fizika fakültəsinin əməkdaşları Şamaxı rayonuna səfər edib, rayonun bir sıra görməli yerlərini gəziblər. Səfər çərçivəsində onlar AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olublar. Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Rəsədxananın fəaliyyəti barədə əməkdaşlara məlumat verib. O, Rəsədxananın inkişaf tarixindən, burada quraşdırılmış 2 metrlik teleskopun iş prinsipindən, son illər baş vermiş dəyişikliklərdən danışıb, gələcək inkişafın astrofizika elmi ilə sıx bağlı olduğunu vurğulayıb. Xıdır Mikayılov həmçinin Fizika fakültəsinin IV kurs tələbələrindən bir qrupunun yaxın vaxtda Rəsədxanada təcrübə keçdiklərini diqqətə çatdırıb. Sonra Fizika fakültəsinin əməkdaşları rayonun Dəmirçilər kəndinə baş çəkib,orada yerli sənətkarların işləri ilə tanış olublar. Onlar həmçinin burada yerləşən Şamaxı Arxeologiya Muzeyində toplanmış eksponatlarla tanış olub, bu yerlərin tarixi barədə dəyərli məlumatlar əldə ediblər.


















Bookmark and Share