Home Aze Ru Eng

Fizika fakültəsinin əməkdaşları İtaliyada konfransda çıxış ediblər

02/10/2017

İtalyanın Roma şəhərində “II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi–NİNE 2017” adlı elmi konfrans keçirilib. Konfrans  İtalya Kimya Mühəndislik Assosiasiyası (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Bakı Dövlət Universitetini Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları - kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı Həbibə Şirinova və  həmin laboratoriyanın kiçik elmi işçisi , eyni zamanda Ekologiya və Torpaqşünaslıq fakültəsinin müəllimi Kənan Hüseynov konfransda məruzə ilə çıxış edib, çoxsaylı sualları cavablandırıblar. Konfrans müddətində digər ölkə təmsilçiləri ilə elmi diskussiyalar aparılıb və  əməkdaşlıq imkanları müzakirə olunub. Ümumilikdə, konfransda 17-si xarici müəlliflərin olmaqla,  80-dən çox elmi iş təqdim olunub.

Adıçəkilən konfransa Azərbaycandan təqdim edilən (BDU əməkdaşlarının həmmüəllif olduqları) beş məqalənin Thomson Reuters agentliyi tərəfindən indekslənmiş “Chemical Engineering Transaction” jurnalında dərc olunması nəzərdə tutulub. Qeyd edək ki, BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının bəzi aspirantlarının ikinci elmi rəhbərləri də La Sapienza universitetinin professorlarıdır.

 

Bookmark and Share