Home Aze Ru Eng

Fizika fakültəsinin əməkdaşının yubileyi qeyd olunub

13/04/2022

Bu gün, 13 aprel 2022-ci il tarixində, BDU Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının dosenti Lyudmila Həsənovanın yubileyidir. Bu münasibətlə, eləcə də əmək fəaliyyətinin 53 illiyi ilə bağlı Fizika fakültəsinin dekanlığı və fakültə əməkdaşları Lyudmila xanımı təbrik edib, ona xoş arzularını bildiriblər. Təbrik tədbirində Lyudmila xanımın həyat yolunu əks etdirən video-çarx nümayiş etdirilib, onunla xatirə şəkilləri çəkilib. Fizika fakültəsinin dekanlığı bir daha yubilyarı təbrik edir, tələbələrin sevimli müəlliminə cansağlığı və uğurlar arzulayır.








Lyudmila Həsənovanın həyat kitabı










Bookmark and Share