Fizika fakültəsinin növbəti elmi seminarı 9 fevral 2017-ci il tarixində keçirilmişdir. Seminarda Nəzəri fizika kafedrasının doktorantı Hüseynova Nərmin Cəfər qızı 2212.01 “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “MEZON VƏ BARİONLARIN QARŞILIQLI TƏSİRİNİN AdS/KXD MODELLƏRİNDƏ ÖYRƏNİLMƏSİ” mövzusunda məruzə ilə çıxış etmişdir.