Fizika fakültəsinin növbəti elmi seminarı 29 mart saat 1030 -da 437 saylı auditoriyada keçirilmişdir. Seminarda BDU-nun doktorantları Məmmədov Vüsal Usub oğlu “Еlektrokimyəvi çökdürmə üsulu ilə alınmış Cd1-xZnxS1-yTey(Sey) nazik təbəqələri və p-GaAs /n-Cd1-xZnxS1-yTey(Sey) strukturlarının elektron xassələri” və Hüseynova Nərmin Cəfər qızı ““AdS/KXD yumşaq divar modelində -mezon nuklon qarşılıqlı təsir sabiti” mövzusunda məruzə etmişdir.