26 noyabr 2016-cı il tarixində Fizika fakültəsinin növbəti elmi seminarı keçirilmişdir. Seminarda Azərbaycan Texniki Universitetinin doktorantı Abdurəhmanova Ülkər Sərdar qızı “İnGaTe2 birləşməsinin zona quruluşu, elektrofiziki, istilik-fiziki xassələri və tətbiqolunma imkanları” mövzusunda məruzə ilə çıxış etmişdir.