Home Aze Ru Eng

Fizika fakültəsinin növbəti Elmi Şurası keçirilib

09/10/2014

9 oktyabr 2014-cü il tarixində Fizika fakültəsinin növbəti Elmi Şurası keçirildi. Fakültənin dekanı, prof. M.Ə. Ramazanov iclası açdı və BDU-nun rəhbərliyinə rektor akad. Abel Məhərrəmova, prorektorlara AMEA-nın müxbir üzvü Aydın Kazımzadəyə, prof. İradə Əliyevaya, BDU-nun Metod Şurasının sədri akad. Vasif Babazadəyə və bütün üzvlərinə Şuranin işində iştirakı üçün təşəkkürüni bildirdi. İclasda fakültə Metod Şurasının sədri prof. M.Ş. Məmmədovun hesabatı dinlənildi. Geniş müzakirə aparıldı - fakültənin elmi fəaliyyəti, dünya elminə inteqrasiyası, elmi əlaqələrin qurulmasının vacibliyi qeyd olundu. BDU-nun rektoru akad. Abel Məhərrəmov məsələ ilə bağlı öz düşüncələrini fakültə əməkdaşları ilə bölüşdürdü. O, Fizika fakültəsinin çox böyük elmi potensiala malik olduğunu qeyd etdi, fakültənin nailiyyətləri barədə faktlar sadaladı, fakültənin görkəmli alimlərini yad etdi və yaşlı nəsili qorumağın vacibliyindən söz açdı. İstedadlı gəncləri dəstəkləmək lazımdır. Bu günlərdə Respublikada keçirilən mötəbər yığıncaqdan “Humanitar Forumda” müzakirə olunan məsələlərdən misal gətirdi. Təhsilin keyfiyyətini artırmaq üçün yeni müasir effektli tədris üsullardan istifadə etməyin vacibliyini qeyd etdi. Fakültə Metod Şurasının işini və dekanın fəaliyyətini yüksək dəyərləndirdiyini söylədi. Dekan prof. Məhəmmədəli Ramazanov fakültə əməkdaşlarının adından rektora öz təşəkkürünü bildirərək qeyd etdi ki, son zamalar Fizika fakültəsinə ümumi dəyəri 300000,0$ olan ən müasir texnologiya ilə təmin olunmuş 7 tədris laboratoriyaları alınmış və laboratoriya otaqları yüksək səviyyədə təmir edilmiş və bu işlər istifadəyə verilmişdir. Bu laboratoriyalarda 200-ə qədər laboratoriya işini yerinə yetirmək mümkündür. Son zamanlar fakültədə 10 auditoriya təmir edilmiş və o auditoriyaların 5-nə elektron lövhələr quraşdırılmışdır. Dekan qeyd etdi ki, fakültənin elmi tədqiqat potensialının artırılması istiqamətində ciddi işlər görülmüşdür. Universitet büdcəsi və qrant layihələri hesabına son 2 ildə ümumi dəyəri 1,6 mln dəyərində tədqiqat avadanlıqları alınmışdır. Bu istiqamətdə işlər davam etdirilir və gələcəkdə də yeni cihaz və avadanlıqlar alınacaqdır. Fakültə metodiki şurasının və elmi şuranın birgə iştirakı ilə Fizika və Fizika müəllimliyi ixtisasları üzrə yeni təhsil standartı işlənmiş və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. Yaxın zamanlarda Fizika fakültəsinin elm tutumlu bir fakültə kimi formalaşması istiqamətində atılacaq ciddi addımlar barədə yeni düşüncələr müzakirə edildi.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




 

 

 

 

 

 

 

Bookmark and Share