Home Aze Ru Eng

Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

19/10/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədri akademik Vasif Babazadə, şuranın üzvü professor Ləzifə Qasımova və  fakültənin professor-müəllim heyəti  iştirak ediblər.  Elmi Şuranın sədri, dekan professor Məhəmmədəli Ramazanov iclas iştirakçılarını salamlayıb və  gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Sonra professor  Əhməd Abdinov fakültə Tədris-Metodiki Şurasının hesabatını təqdim edib. Məruzəçi TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra onun gördüyü işlər barədə danışıb.

Məruzə ətrafında dos.M.Rəcəbov, prof. N.Qocayev və prof.Ə.Hüseynov çıxış edərək TMŞ-nin illik fəaliyyətinə müsbət münasibətlərini bildiriblər.

Akademik Vasif  Babazadə və professor Məhəmmədəli Ramazanov hesabatı yüksək qiymətləndiriblər. Sonda Elmi Şura üzvlərinin səsverməsi ilə Fizika fakültəsi TMŞ-nin 2017/2018-ci tədris ili üçün hesabatı qəbul edilib.

Daha sonra professor M.Ramazanov AMEA-nın illik hesabatına daxil edilmək üçün elmi nəticələrin siyahısını təqdim edib və siyahı səsvermə ilə qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Bookmark and Share