Home Aze Ru Eng

Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqıKomitəsi maraqlı tədbir keçirib.

20/04/2022

Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı "Fakültəmizi tanıyaq" layihəsi çərçivəsində ikinci tədbiri keçirib. Tədbirdə fakültənin tanınmış müəllimləri –   fizika-riyaziyyat elmləri doktoru, professor Niftalı Qocayev və fizika-riyaziyyat elmləri namizədi, Optika və molekulyar fizika kafedrasının müəllimi Rafiq Bağırovla görüş təşkil olunub. Fizika fakültəsi THİK sədri Lamiyyə Həmidova qonaqları tədbirdəiştirak edən tələbələrə təqdim edib. Professor Niftalı Qocayev və Rafiq Bağırov  keçdikləri həyat yolu, tələbəlik illəri, elmi-pedaqoji fəaliyyətləri barədə maraqlı məlumat verib, həyatda uğur qazanmaq üçün gənclərə tövsiyələrini çatdırıblar. Görüş tələbələrin suallarının cavablandırılması ilə davam edib. Sonda tələbələr sevimli müəllimləri ilə xatirə şəkilləri çəkdiriblər.




















Bookmark and Share