15 may 2010-cu il tarixdə Fizika fakültəsində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş gənc tədqiqatçıların «Fizika və astronomiya problemləri» respublika elmi konfransı keçirilmişdir. Konfransda Bakı Dövlət Universitetinin və Azərbaycan Pedaqoji Universitetitin gənc tədqiqatçıları və maqistrantları iştirak etmişdir. Konfransda 69 məruzə 4 bölmədə dinlənilmişdir.