Bakı Dövlət Universitetinin Fizika fakültəsində 20 noyabr 2010-cu il tarixində “Fizikanın aktual problemləri” adlı növbəti Respublika Elmi Konfransı keçiriləcək.
Məruzələrin tezisləri A4 formatda, 1 intervalda, 12 pt ilə yazılmış 1 səhifədə (disketlə birlikdə) aşağıdakı nümunə əsasında (azərbaycan, rus və ya ingilis dilində, Times New Roman) hazırlanmalıdır.
Tezislər 20 oktyabr 2010-cu il tarixinə kimi BDU, əsas bina, 319 №-li otaqda qəbul edilir.
Tezislər, BDU əməkdaşları üçün kafedra (laboratoriya) iclasının protokolundan çıxarışla, kənar Müəssisələrin əməkdaşları üçün isə kafedra (laboratoriya) iclasının protokolundan çıxarış və Müəssisənin məktubu ilə birlikdə qəbul edilir.