2012-ci ilin 26 noyabr tarixində “Fizikanın aktual problemləri” adlı növbəti VII Respublika elmi konfransı keçirildi. Konfransda məruzə edilmək üçün cəmi 73 iş təqdim edilmişdir. Konfransın işində BDU-nun alimləri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (12 məruzə), Şamaxı Astrofizika Rəsədxanasının (11 məruzə), Azərbaycan Dövlət Neft Akademiyasının (3 nəfər), AMEA-nın Fizika institunun (2 məruzə) alimləri də iştirakı nəzərdə tutulub.
Konfransı giriş sözü ilə BDU-nun Rektoru akademik A.M.Məhərrəmov açaraq onun işinə uğurlar arzuladı. O, Fizika fakültəsinin tarixindən, nailiyyətlərindən və universitet tərəfindən fakültəyə göstərilən qayğı əlaməti kimi müsir tələblərə cavab verən yeni tədris laboratoriyaları istifadəyə verilməsinən, Yaponiyanın Tokyo Boyko şirkətindən ümumi dəyəri 1200000 ABŞ dolları olan yüksək həssaslığa malik skanedici elektron mikrokopunun və stolüstü rentgen difraktometrinin alınması haqqında məlumat verdi. Konfransın plenar iclasında iki çıxış dinlənildi.
Konfrans plenar iclasdan sonra dörd bölmədə (Nəzəri fizika və astrofizika, Fiziki elektronika və yarımkeçiricilər fizikası, Nanotexnologiyalar və molekulyar fizika, Fizikanın tədrisi üsulları) işini davam etdirdi.