Home Aze Ru Eng

Fizikaya müasir baxış adlı beynəlxalq elmi konfrans öz işini başa çatdırdı

07/05/2019

1-3 may 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə (Avstriya) və La Sapienza Universitetinin (İtaliya) birgə  təçkilatçılığı ilə Bakı Dövlət Universitetində “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans keçirilmişdir. Konfransın işində Rusiyanın, İtaliyanın, Yaponiyanın, Türkiyyənin, Pakistanın, Almaniyanın, GürcüstanınCernoqoriyanın qabaqcıl Universitetlərinin və Elmi Tədqiqat İninstitutlarının  alimləri iştirak etmişlər. Xarici alimlərlə yanaşı  Azərbaycanın bütün bölgələrinin elm ocaqlarından və Universitetlərindən yerli alimlər öz elmi işlərini konfrans iştirakçılarının müzakirəsinə etmişlər. Konfransda iştirak etmək üçün 181- alim təşkilat komitəsinə məruzələrini təqdim etmişlər. Konfransı  giriş sözü ilə BDU-nun prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açmış və rektor Elçin Babayevin adından iştirakçıları təbrik etmişdir.O bildirmişdir ki, bu konfrans artıq 12-ci dəfədir ki keçirilir və onun nəticələri həmişə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. O Fizika fakültəsinin keçdiyi tarixi yoldan, onun fizika elminin inkişafında və respublika üçün kadr hazrılığında apardığı uğurlu işdən danışmışdır. Sonra Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov konfransın proqramı haqqında məlumat vermiş və BDU-nun 100 illik yubileyinə həsr olunmuş konfransın ünvanına göndəriliş məktubları oxumuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov nazirliyin adından konfrans iştirakçılarını təbrik etmişdir. Sonra prof.İman Əsgərzadə, prof. Həmdulla Mehrabov konfrans iştirakçılarını təbrik etmişdir. Sonra prof. Aydın Kazımzadə Web of Science BDU-nun diasporada olan ən məhsuldar alim mükafatını prof. Nizami Həsənliyə təqdim etmişdir. Sonra Plenar iclas öz işinə başlamışdır. Plenar iclasda məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilmiş və geniş müzakirə olunmuşdur.

Konfrans öz işini mayın 2- 3 may tarixlərində aşağıdakı bölmələrdə davam etdirilmişdir:

  1. Nano, -optoelektronika və materialların tədqiqi
  2. Nəzəri, riyazi və yüksək enerjilər fizikası
  3. Bioloji və tibbi  fizika
  4. Kondensə olunmuş mühit fizikası
  5. Astrofizika
  6. Alternativ enerjinin fiziki və texniki problemləri

Bütövlükdə konfransda təqdim edilən 180 işdən 155-i məruzə edilmiş və iştirakçılar tərəfindən geniş müzakirə edilmişdir.  Konfrans öz işini 3 may 2019-cu il tarixində başa çatdırmışdır.

Bookmark and Share