Home Aze Ru Eng

Fiziklər "Teknofest Azərbaycan" Festivalında mükafat qazanıblar.

31/05/2022

Bakıda keçirilən "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında Bakı Dövlət Universitetini təmsil edən komandalar öz layihələri ilə iştirak ediblər. Bakı Dövlət Universitetinin Tədqiqat,  İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi Tədqiqat laboratoriyasının elmi işçisi, Fizika fakültəsinin doktorantı  Orxan Güləhmədov, Fizika Problemləri İnstitutunun əməkdaşı Sara Rəhimzadə və Nanoaraşdırmalar Elmi Tədqiqat laboratoriyasının əməkdaşı Reyhan Mirsultanovanın daxil olduğu fiziklərdən ibarət “NANO” komndasının təqdim etdiyi  "Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması" layihəsi C kateqoriyası üzrə Sosial Yönümlü Texnologiyalar müsabiqəsində ÜÇÜNCÜ YERƏ layiq görülüb.

Gənclərimizi bu münasibətlə təbrik edir, gələcək işlərində uğurlar arzu edirik!



















Bookmark and Share