Görkəmli alim Abdinov Əhməd Şahvələd oğlunun anadan olmasının 70 illiyi
Prof. Ə.Ş.Abdinov 30 may 1945-ci ildə Azərbaycan Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. Ibtidai təhsilini Behrud, natamam orta təhsilini qonşu Biləv kəndində almış, 1963-cü ildə isə Ordubad şəhərindəki 1 saylı M.T.Sidqi adına orta məktəbi əla qiy-mətlərlə bitirmişdir. Həmin il (1963) Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. Universitetə əla qiymətlərlə daxil olan Ə.Ş.Abdi-nov burada da əla qiymətlərlə oxumuş, adlı (Lenin adına) təqaüdçü olmuşdur. 1968-ci ildə Belorusiya SSR EA Fizika İnstitutunda (Minsk şəhəri) yerinə yetirdiyi həlqəvi lazerlərin modelləşdirilməsinə dair diplom işini uğurla müdafiə edərək, fizika fakül-təsini “Fərqlənmə diplomu” ilə bitirmiş və “Fizik, Fizika müəllimi” ixtisasına yiyələn-mişdir. Universiteti bitirdikdən sonra o, əvvəlcə qısa bir müddət Azərbaycan SSR EA-nın Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmış, sonra isə Azərbaycan Dövlət Universitetində “Fiziki elektronika” ixtisası üzrə aspiranturaya daxil olmuş və aspiranturanı 1969-1971-ci illərdə SSRİ EA-nın Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki A.F.İoffe adına Fizika-Texnika İnstitutunda Lenin mükafatı laureatı, pro-fessor S.M.Rıvkinin laboratoriyasında professor L.Q.Paritskinin elmi rəhbərliyi altın-da keçmiş, “Germanium yarımkeçiricisində qızmar qeyri-əsas yükdaşıyıcıların xüsu-siyyətləri” mövzusunda dissertasiya işi üzərində işləmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetindəki Dissertasiya Şurasında namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Ə.Ş.Abdinov tamam başqa bir yarımkeçirici materiallar sinfi sahəsində işlər aparmış və öz elmi tədqiqatlarının əhatə dairəsini də xeyli genişləndirmişdir. Belə ki, o, 1972-ci ildən başlayaraq laylı quruluşlu AIIIBVI kristallarında qızmar elektron hadisələri ilə yanaşı, çeviricilik ef-fektlərini, həcmi yüklə məhdudlanmış cərəyanları, elektrolüminessensiya və qeyri-adi fotoelektrik hadisələrini də tədqiq etməyə başlamış və çox qısa bir müddətdən sonra – 1979-cu ildə Az.SSR EA Fizika İnstitutundakı Dissertasiya Şurasında “Laylı quru-luşlu A3B6 birləşmələri tipli qeyri-bircins yarımkeçiricilərdə elektron hadisələri” möv-zusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun doktorluq dissertasiyasının elmi məsləhətçisi akademik M.H.Şaxtaxtinski olmuşdur.
Ə.Ş.Abdinov 1979-cu ildə dosent, 1981-ci ildə isə professor elmi adlarını al-mışdır.
1971-ci ildə aspiranturanı uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Uni-versitetinin fizika fakültəsində işləməyə başlayan Ə.Ş.Abdinov assistentlikdən (1972-1974) baş müəllim (1974-1979), dosent (1979-1981), professor (1981-1992), fakültə dekanı (1988-1989), fiziki elektronika kafedrasının müdiri (1992-ci ildən) vəzifələrinə qədər yüksəlmişdir. Eyni zamanda o, 1989-2005-ci illərdə öz şəxsi təşəbbüsü ilə bu-rada yaradılmış “Bərk cisim elektronikası” Elmi-Tədqiqat Laboratoriyasının da elmi rəhbəri olmuşdur.
1993-cü ildən 2000-ci ilə qədər prof. Ə.Ş.Abdinov Müstəqil Azərbaycan Respub-likasının təhsil sisteminin rəhbərlərindən biri - Azərbaycan Respublikası Təhsil Nazi-rinin müavini, müəyyən dövrlərdə isə - həm də Nazir vəzifəsini əvəz edən olmuşdur. Həmin illər müstəqil Azərbaycan Respublikasında təhsilin normativ-hüquqi bazası formalaşma mərhələsini keçdiyindən, burada görüləsi işlər, həll ediləsi problemlər çox və çətin olmaqla yanaşı, həm də məsuliyyətli, şərəfli və tarixi idi. Belə ki, təhsil sahəsində hələ indi də uğurla istifadə olunan normativ-hüquqi aktların böyük əksəriyyəti (bir sıra çox vacib əsasnamələr, qaydalar, normativlər və s.), baza-təhsil proqramları, ən başlıcası isə təhsil haqqındakı ilk milli dövlət sənədləri (ali və orta ixtisas təhsil diplomları, vəsiqələr, baza və ümumi orta təhsil haqqında şəhadətna-mələr) məhz həmin dövrdə tərtib və təsdiq edilmiş – prof. Ə.Ş.Abdinov isə onların əsas müəlliflərindən və işıq üzü görməsinə təkan verənlərdən biri olmuşdur.
Bu dövrdə o, “Azərbaycan”, “Xalq qəzeti”, “Azərbaycan müəllimi” və başqa nü-fuzlu mətbuat orqanlarının səhifələrində təhsilimizin problemləri, uğurları, beynəlxalq əlaqələri, inkişaf perspektivləri və s. haqqında çox dəyərli və böyük həcmli yazılarla çıxış etmiş, Azərbaycan təhsil sistemini YUNESKO-nun, Avropa Şurasının, YUNİSEF-in, MDB-nin Təhsil Nazirləri Şurasının tədbirlərində, Türkdilli Dövlətlərin qurultaylarında təmsil etmişdir.
Ə.Ş.Abdinov təhsilimizin, xüsusi ilə də ali təhsilin formalaşmasında və inkişafın-da ictimai əsaslarla da az xidmətlər göstərməmişdir. Belə ki, o, uzun müddət Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Fizika Bölməsinin sədri, sonralar isə həmin Şuranın həmsədri və sədri olmuşdur. Həmin dövrlərdə çoxlu sayda fənn proqramları, metodiki vəsait və göstərişlər, ümumtəhsil, peşə, orta ixtisas və ali məktəblər üçün dərsliklər və dərs vəsaitləri hazırlanmışdır ki, bu işlərdə də onun bilavasitə böyük əməyinin olması danılmazdır.
Prof. Ə.Ş.Abdinovun elmi-pedaqoji, təşkilatçılıq fəaliyyəti böyükdür, lakin elmi fəaliyyəti daha zəngin və rəngarəng olduğundan daha geniş miqyasda şöhrət tap-mışdır. Belə ki, o, hələ tələbəlik illərində elmi-tədqiqatlar aparmağa başlamış və selen yarımkeçiricinin elektrik xassələrinə həsr olunmuş ilk elmi məqalələrini “Ученые записки АГУ” (Bakı-1996), “Журнал физической химии” (Moskva-1968), “Высокомолекулярные соединения” (Moskva-1968) jurnallarında dərc etdirmişdir. Aspiranturada təhsil alarkən isə tamamilə başqa və həmin dövrdə çox diqqətdə olan və indi də öz aktuallığını itirməyən bir istiqamətdə - yarımkeçiricilərdə qızmar elektronlarla bağlı hadisələrin tədqiqi ilə məşğul olmuş və qısa müddətdə bu sahədə böyük uğurlar qazana bilmişdir. O, germanium yarımkeçiricisində qızmar elektron və deşiklərin qarşılıqlı təsirinin xüsusiyyətlərini öyrənərkən ilk dəfə olaraq prinsipcə yeni fiziki effektləri – qızmar yükdaşıyıcılarla bağlı termoelektrik, termofoto- və fotoelek-trik hadisələrini, Benediks effekti adlandırsa da, mahiyyətcə yeni bir effekti aşkar etmiş, bu hadisə və effektlərin xüsusiyyətlərini təcrübədə öyrənmiş və onlar üçün kifayət qədər ciddi bir nəzəriyyə işləmişdir. Onun aspirantura dövründəki diqqəti cəlb edən nailiyyətlərindən biri də yarımkeçiricilərdə daha yüngül qeyri-əsas yükdaşıyı-cıların (elektronların) özlərindən ağır olan əsas yükdaşıyıcıları (deşikləri) sövq etməsi hadisəsini təcrübədə aşkar etməsi, bu hadisənin də başlıca xüsusiyyətlərini öyrənməsi və nəzəri əsaslarını işləməsidir. Qızmar elektronların tədqiqi sahəsində onun praktiki baxımdan ən böyük nailiyyəti isə prinsipcə yeni və çox yüksək həssaslığa malik az ətalətli fotoqəbuledici icad etməsidir (1971). Sonradan Ə.Ş.Abdinov bu kəşf üçün patent almışdır (1974).
Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə yanaşı, Ə.Ş.Abdi-nov öz elmi tədqiqatlarını da intensiv olaraq, lakin indi artıq daha geniş planda davam etdirmişdir. Belə ki, 1972-ci ildən başlayaraq o, qızmar elektron effektləri; selen və germanium kimi elementar və geniş tədqiq olunmuş yarımkeçiricilərlə yanaşı, laylı AIIIBVI və halkopirit quruluşlu AIIIBVICVI birləşmələrinin monokristallarını, germani-um-silisium, arsenium-kü-kürd-tellur, kadmium-civə-tellur, qurğuşun-qalay-tellur, qurğuşun-qalay-selen kimi bərk məhlulların monokristallarını və bu yarımkeçirici-lərdə müşahidə olunan müxtəlif növ elektrik dayanıqsızlıqlarını (çeviricilik effektləri-ni, cərəyan rəqslərini, fototriqqer effektini), qeyri-adi fotoelektrik hadisələrini (ano-mal fotokeçiricilik, qalıq fotokeçiriciliyi, spektral yaddaş hadisəsi, mənfi fotokeçiri-cilik, fotokeçiriciliyin müxtəlif növ söndürülmələri, induksiyalanmış aşqar fotokeçiri-cilik, fotoelektrik yorulma), radiasiya effektlərini, elektro- və fotolüminessensiyanı, monopolyar injeksiya cərəyanlarını, kontakt hadisələrini, heterostrukturların fiziki xassələrini, yarımkeçiricilərin optik xassələrini də öz tədqiqat sferasına daxil etmişdir.
Bu tədqiqatlarda prof. Ə.Ş.Abdinovun aldığı elmi nəticələr bərk cisimlərin, xüsu-si ilə də qeyri-bircins yarımkeçiricilər və onlarda baş verən asta relaksasiya xarakteri-nə malik proseslərin, elektrik dayanıqsızlıqlarının, qismən nizamsız yarımkeçiricilər-də injeksiya cərəyanlarının, yarımkeçiricilərdə elektron-defekt qarşılıqlı təsirinin fi-zikasına böyük töhfələr vermişdir. Müxtəlif ölkələrin alimləri onun elmi nəticələrinə tez-tez istinad edir və bu nəticələrə yüksək qiymət verirlər. Akademik M.İ.Korşunski “Аномальная фотопроводимость и спектральная память в полупроводниковых системах” (Москва, «Наука», 1978), monoqrafiyasında bir paraqrafı tamamilə Ə.Ş.Abdinovun öz şagirdləri ilə dərc etdirdiyi elmi məqaləsi şəklində vermişdir.
Prof. Ə.Ş.Abdinov optoelektronikanın əsas elementləri olan fotoqəbuledici və elektrolüminessensiya işıq mənbələrinə dair bir neçə ixtiranın müəllifidir. Onun aldığı elmi nəticələr dünyanın 20-yə qədər ölkəsində (Rusiya Federasiyası, ABŞ, Fransa, Yaponiya, Tayvan, İran İslam Respublikası, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıs-tan, Özbəkistan, Türkmənistan, Litva, Türkiyə, Sloveniya, Macarıstan və s.) müxtəlif vaxtlarda keçirilən Beynəlxalq və Regional əhəmiyyətli 50 elmi konfrans və simpo-ziumda 75-ə qədər məruzə şəklində dinlənilmiş, dünyanın 15 ölkəsində nəşr olunan çox nüfuzlu elmi jurnallarda (“Физика и техника полупроводников”, “Оптика и спектроскопия” – Санкт-Петербург; “Микроэлектроника”, “Прикладная физи-ка”, “Неорганические материалы”, “Журнал физической химии”, “Электрони-ка”, “Электронная техника” – Москва; SPIE – ABŞ; Yap. J.Appl. Phys., Optoelectronica – Yaponiya; Доклады АН Аз.ССР, “Известия НАН”, “Fizika”, “Вестник Бакинского Университета” – Bakı; “Physical Status Solidi” – Almaniya), eləcə də “Плазма и электрические неустойчивости” (Вильнюс), “Проблемы диэлектрической электроники” (Daşkənd), “Эффект памяти и фотопроводимости в неоднородных полупроводниках” (Kiyev), “Вопросы микроэлектроники и фи-зика полупроводниковых приборов” (Tbilisi), “Физика плазмы и конденсиро-ванных сред” (Bakı), “Актуальные проблемы твердотельной электроники и микроэлектроники” (Taqanroq) elmi toplularında dərc edilmişdir.
Prof Ə.Ş.Abdinov bütövlükdə 300-dən çox elmi məqalə, ixtira və dərsliyin müəl-lifidir. Bunlardan: 1. Донорно-акцепторное взаимодействие примесей в селене (Ученые записки АТУ, №6, 74, 1966, Баку); 2. Термофотоэлектрический эффект при разогреве носителей тока в германии (Физика и техника полупроводников, 6, Ленинград, с. 353-359, 1972); 3. Эффект Бенедикса при разогреве неравновес-ных носителей тока СВЧ полем в германии (Физика и техника полупроводни-ков, 6, Ленинград, с. 1354-1358, 1972); 4. S-elements based GaSe-type laminar semiconductors (“Phys.Stat.Sol.”, k.33-k35, 15, 1973, Берлин); 5. Об одном возможном механизме эффекта переключения в слоистых полупроводниковых соединениях A3B6 (Микроэлектроника, 4, 465, 1975, Москва); 6. Электролюми-несценция монокристаллов селенида индия (Оптика и спектроскопия, 38, с. 952-955, 1975, Ленинград); 7. Аномальная фотопроводимость в монокристаллах электронного селенида индия (Физика и техника полупроводников, 9, с.1960-1965, 1975, Ленинград); 8. Температурно-электрическая неустойчивость и низ-кочастотные колебания тока в монокристаллах селенида галлия (Физика и техника полупроводников, 14, В.4, с.754-759, 1980, Ленинград); 9. Фототриггер-ный эффект в монокристаллах селенида индия и галлия (Физика и техника полупроводников, 14, В.4, с.749-753, 1980, Ленинград); 10. Влияние электрон-ного облучения на разогрев носителей тока электрическим полем в монокрис-таллах германий-кремний (Физика и техника полупроводников, 15, В.10, с.1989-1993, 1981, Ленинград); 11. Электрические и фотоэлектрические свойства Гете-ропереходов p-GaSe/n-CuInSe (Физика и техника полупроводников, 15, В.3, с.605-607, 1981, Ленинград); 12. Примесный фотоэффект в частично-неупорядо-ченных кристаллах InSe, легированного Dy (Неорганические материалы, Т.30, №7, С.883-886, 1994, Москва); 13. Photoconductivity of Cd1-xZnx Se films in IR Region Deposited from solution (SPIE – The International Society for Optical Enginering, USA, 2000, v.4340, p.107-111); 14. Фотоприемники ИК-излучения на основе пленок CdS1-xSex, осажденных из раствора (Прикладная физика, 2007, Т.7, В.1, С.63-68, Москва); 15. К вопросу о фотопроводимости перспективных для солнечной энергетики монокристаллов InSe:Dy (Проблемы энергетики, 2001, Т.2, В.1, С. 66-71, Баку); 16. Фотолюминесценция легированных диспро-зием монокристаллов селенида индия и галлия (Известия НАН, сер. физ.-мат. и тех. н., Т.XXIII, №5(1), 2003, с. 143-147, Баку); 17. Investigation of electro-deposited p-Si/n-CdSSxSe1-x heterojunctions solar cell (Texnical and Physical problems in power engineering, 209, 786-789, 2004, IRAN-Tabriz) xüsusi ilə qeyd etmək lazımdır.
O, ali məktəb tələbələri üçün “Bərk cisim elektronikası” (Bakı, “Təhsil”, 2004, -136 s.), “Optoelektronika” (Bakı, “Maarif”, 2004, -400 s.), “Fiziki elektronikanın tarixi və metodologiyası” (Bakı, “Təhsil”, 2008, -166s.), “Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları” (Bakı, “Təhsil”, 2010, -184 s.), “Elektron cihazları və emissiya elektronikasının əsasları” (Bakı, “Təhsil”, 2010 – 485 s.) dərsliklərinin müəllifidir.
Prof. Ə.Ş.Abdinov Bakı Dövlət Universiteti ilə yanaşı, Azərbaycan MEA-nın Fi-zika İnstitutunda da elmi araşdırmalar aparır və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür (1995).
İndi o, nadir torpaq elementləri ilə aşqarlanmanın laylı quruluşlu AIIIBVI birləş-mələrinin monokristalları tipli qismən nizamsız yarımkeçiricilərin və onların əsasın-dakı strukturların elektron xassələrinə təsiri, AIIB,VI yarımkeçirici birləşmələrinin bərk məhlullarının nazik təbəqələri əsasında yaradılmış heterokeçidlərin fiziki xassələrinin tədqiqi, eləcə də yüksək effektivliyə malik günəş fotoelementlərinin yaradılması prob-lemləri üzərində çalışır. Onun gələcək planları yerli təbii ehtiyatlar əsasında günəş fo-toelementlərinin hazırlanması imkanlarını müəyyənləşdirməkdir.
Prof. Ə.Ş.Abdinov daima özünün apardığı fundamental elmi-tədqiqatlar əsasında tətbiqi xarakterli məsələləri də həll etməyə çalışmış və bu istiqamətdə xeyli işlər gör-müşdür. Bu işlərin sırasında təmiz tellurun və termik işlənmə ilə lazımi parametrlərə malik yarımkeçirici materialların alınması, bəzi dar zolaqlı bərk məhlullar əsasında termoelementlərin parametrlərinin təyini, radiasiya şüalanmalarının AIIBVI yarımkeçi-rici materiallarının və onların bərk məhlullarının fiziki xassələrinə təsirinin müəy-yənləşməsi, yuyucu materialların qablaşdırılma sıxlığının artırılması problemləri daha mühüm əhəmiyyət kəsb edir.
Prof. Ə.Ş.Abdinov elm sahəsindəki xidmət və nailiyyətlərinə görə 1976-cı ildə Respublika Komsomolu Mükafatı Laureatı adına, 1993-cü ildə isə Beynəlxalq Soros Fondu Mükafatına layiq görülmüş, 2009-cu ildə İngiltərədə fəaliyyət göstərən Bey-nəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin tədqiqatçısı”, ABŞ-dakı Beynəlxalq Bioq-rafiya İnstitutu tərəfindən “İlin adamı” medalları ilə təltif edilməşdir. Onun müxtəlif illərdə aldığı elmi nəticələr AMEA-nın illik hesabatına daxil edilmiş, Təhsil Nazirli-yinin mükafatlarına layiq görülmüşdür.
O, elmi dərəcəli kadrların – magistrlərin, elmlər namizədlərinin (fəlsəfə doktor-larının), elmlər doktorlarının hazırlanması işində də böyük təcrübəyə və təqdirəlayiq xidmətlərə malikdir. Indiyədək professor Ə.Ş.Abdinovun elmi rəhbərliyi altında 10-a qədər magistr, 30-a qədər namizədlik (fəlsəfə doktoru) və 6 elmlər doktoru disserta-siyası yerinə yetirilmişdir. Onun həmin bu şagirdləri (elmlər namizədləri və elmlər doktorları) Azərbaycan Respublikasının müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məktəblərində (Bakı Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Azər-baycan Texniki Universitetində, Azərbaycan Tibb Universitetində, Azərbaycan Döv-lət Neft Akademiyasında, Bakı Ali Hərbi Məktəbində, Bakı Ali Hərbi Dənizçilik Aka-demiyasında, Milli Aviasiya Akademiyasında, AMEA-nın Fizika İnstitutunda, Azər-baycan Dövlət Aqrar Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda və s.), eləcə də Rusiya Federasiyasında (Saratov Dövlət Universitetində), Özbəkistanda (Daşkənd Texniki Universitetində) çalışırlar.
Prof. Ə.Ş.Abdinov uzun illər (16 ilədək) Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi katibi, bir neçə il AMEA-nın Fotoelektronika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının həmsədri olmuş, indi dəBDU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. 10-dan çox namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur.
Hal-hazırda pofessor Ə.Ş.Abdinov BDU-nun Fizika fakültəsinin Fiziki Elektronika kafedrasının müdiridir. Əhməd müllimə uzun ömür və sağlam həyat arzulayırıq.
BDU-nun Fizika fakulltəsinin dekanı, f.e.d., professor M.Ə. Ramazanov