Home Aze Ru Eng

Hörmətli Akademik Bəhram Mehralı oğlu Əsgərovun əziz xatirəsinə...

10/03/2020

Artıq altı ildir ki, Bəhram müəllim aramızda yoxdur. Bakı Dövlət Universitetinin "Bərk cisimlər fizikası" kafed­ra­sı­nın müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehralı oğlu Əsgərovun 2014-cü il mart ayının 12-də dünyasını dəyişmişdir. Akademik B.M.Əsgərovun elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymət­ləndirilmişdir.  O, 1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar Elm xadimi  fəxri adına layiq görülmüş, 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. B.M.Əsgərov 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bərk cisimlər nəzəriyyəsinə böyük töhfələr vermiş və Azərbaycanda Bərk cisimlər fizikası sahəsində böyük elmi məktəbin yaradıcısı, elmin və ali təhsilin böyük təşkilatçısı kimi tanınmış alim olmuşdur.

İlk ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində almış Bəhram müəllim aspirantura təhsilini, məşhur Rent­genin tələbəsi olmuş akademik A.F.İoffenin di­rektor olduğu, SSRİ Elmlər Akademiyası Yarım­ke­çi­ri­cilər İnstitutunda (Leninqrad şəhəri) davam