Home Aze Ru Eng

I kurs tələbələri ilə görüş

13/09/2013

13.09.2013-cü il tarixində Bakı Dövlət Universitetinin akt zalında Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanovun I kurs tələbələri ilə görüşü olmuşdur. Göruş zamanı tələbələrə fakültənin strukturu, tarixi və nailiyyətləri haqqında ümumi məlumatlar verilmiş, həmçinin, onların təhsil alacaqları qruplar müəyyənləşdirilmişdir. Sonda fakültə dekanı prof. M.Ə.Ramazanov görüş iştirakçılarını tələbə adı qazanmaları münasibətilə təbrik etmiş və onlara 2013/2014-cü tədris ilində uğurlar arzulamışdır.

Bookmark and Share