Home Aze Ru Eng

I kurs tələbələrlə görüş

20/09/2012

20 sentyabr 2012 tarixdə Fizika fakültəsində fakültə rəhbərliyi, kafedra mudirləri fakültənin tarixi, elmi istiqamətləri, təhsil proqramları, maddi texniki bazası haqqında ətraflı məlumat vermək üçün fakültənin I kurs tələbələri ilə görüş keçirdi. Görüşdə fakültə dekanı prof. M.Ə. Ramazanov fakültədə mövcud olan kafedralar haqqında məlumat verdi. Bərk cisimlər fizikası kafedrasının müdiri akad.B.M.Əsgərov, Astrofizika kafedrasının müdiri prof.C.M.Quluzadə, Nəzəri fizika kafedrasının müdiri dos.M.R.Rəcəbov, Ümumi fizika kafedrasının prof. İ.M.Əliyev, Optika və molekulyar fizika kafedrasının prof.R.Q.Məmmədov, Maddə quruluşu kafedrasının müdiri prof. E.Ə.Məsimov, Yarimkeçiricilər fizikasının dos L.Həsənova, Fiziki Elektronika kafedrasının dos. T. Hüseynov kafedranın elmi fəaliyyətindən, onun tarixi və kadr hazırlığı sahəsində gördüyü işlər barədə geniş məlumat verdilər. Görüş zamanı tələbələrə onları maraqlandıran bir sıra suallara ətraflı cavablar verildi.






Bookmark and Share