08.12.2014 tarixindә Bakı Dövlәt Universiteti Fizika fakültәsində Tәlәbә Elmi Cәmiyyәtinin təşkilatçılığı ilə “Dekanın kuboku” uğrunda "Kim? Nә? Harda?" yarışı keçirilmişdir. Bu yarışda fakültәnin 6 komandası iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda komandalar fizika, məntiq, tarix və s. sahələrə aid sualları cavablandırmış, yekunda suallara daha tez və düzgün cavab verən “İdrak” komandası qalib gəlmişdir. “İdrak” komandasının üzvlәrinə - Fzm59 qrup tәlәbәsi Abdurrahmanova Sәmragül, Fz51 qrup tәlәbәsi Bayramzadә Nәrgiz vә Fzm35 qrup tәlәbәsi Mirzәyeva Elnarәyə “Dekanın Kuboku” təqdim edilmişdir. Mükafatlandırma mərasimində çıxış edən fakültənin dekanı prof. M.Ə.Ramazanov qalib komandaya mükafatları təqdim etmiş və tələbələrə dərslərində, ictimai işlərində uğurlar arzulamışdır.