Home Aze Ru Eng

Konfrans otağında Beynəlxalq Seminar keçirilmişdir

25/11/2019

25 noyabr 2019-cu il tarixində Fizika fakültəsinin onlayn konfrans zalında Qara Dəniz Universitetlər şəbəkəsinin baş katibi prof. Eden Mamut, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının əməkdaşlarının, Optika və molekulyar fizika kafedrasının əməkdaşlarının, Fizika Problemləri İnstitutunun əməkdaşlarının və Rumıniyanın Ovidus universitetinin Xərçəng tədqiqatlar mərkəzinin əməkdaşlarının onlayn iştirakı ilə birgə seminarı keçirilmişdir. Seminarda Qara Dəniz universitetlər şəbəkəsinə daxil olan ölkələrin birgə beynəlxalq qrant layihələrində iştirakı məsələləri müzakirə olunmuş, ortaq tədqiqat istiqamətləri təhlil olunmuş və bu istiqamətdə Horizon 2020-də iştirakı məsələləri müzakirə edilmişdir. Seminarı açan Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov seminarın işində iştiraka görə iştirakçılara öz təşəkkürünü bildirdi. Seminarda elmi məruzələrlə prof. Eden Mamut, dosent İsmət Əhmədov və prof. Eugen Dumitru çıxış etdilər. Məruzələr ətrafında geniş müzakirələr oldu və birgə əməkdaşlığın konturları razılaşdırıldı.

Bookmark and Share