26 dekabr 2012-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu səpkili müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Sonra akademik A.Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını qazanan tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib.Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov da çıxış edib.Onlar 2011-ci ildə həyata keçirilən tədbirlər barədə məlumat verərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat veriblər. Və bu tədbirdə Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin 7 tələbəsi “İlin ən yaxşı tələbəsi” adına layiq görülmüşdür. Fizika fakültəsindən Hacıyev Nurlan (THİK-nin sədri) Fz-01 ingilis, Cəfərzadə Şəhriyar Fz-01 ingilis, Mehdiyeva Nərgiz Fz- Nadirova Gülnar Fz-26 Sərdarova Sevda Fz-23 Seyidzadə Aygül Fz-13 Bayramova Günel Fzm-09 qruplarından “İlin Ən Yaxşı Tələbəsi” adına layiq görülmüşdür. Sonda müsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.