Home Aze Ru Eng

İLİN ƏN YAXŞI TƏLƏBƏSİ

28/12/2013

24 dekabr Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi  nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə  fərqlənən yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə "İlin Ən Yaxşı Tələbəsi" adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirib.

24 dekabr  tarixində baş  tutan mükafatlandırma tədbirində Bakı Dövlət Universitetinin rektoru, akademik  Abel Məhərrəmov bu səpkili müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor eyni zamanda "İlin Ən Yaxşı Tələbəsi" fəxri adını qazanan tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib. Tədbirdə THİK-in sədri Daşqın Qənbərov da çıxış edib. O öz çıxışında 2013-cü ildə həyata keçirilən layihələr haqqında məlumat verərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında danışıb.

Və bu tədbirdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin  10 nəfər "İlin Ən yaxşı Tələbəsi" mükafatla təltif edilib. Fizika fakültəsindən 2-ci kurs Fz-31 qrupunun sinif nümayəndəsi (THİK büro üzvü) Kazımlı Fatimə Rəşid qızı, 2-ci kurs Fz-31 qrupunun tələbəsi Əhmədova Aysel Mahmud qızı, 2-ci kurs Fz-31 qrupunun tələbəsi Bayramova Elista Vahid qızı, 3-cü kurs Fz-01 qrupunun tələbəsi (THİK sədri) Hacıyev Nurlan Cəlal oğlu, 3-cü kurs Fz-01 qrupunun sinif nümayəndəsi Bayramova Ayla Dilqəm qızı, 3-cü kurs Fzm-24 qrupunun tələbəsi Abbasova Humay Hüseyn qızı, 4-cü kurs Fz-13 qrupunun sinif nümayəndəsi Seyidzadə Aygül Arzu qızı, 4-cü kurs fz-13 qrupunun tələbəsi (THİK büro üzvü) Əliyeva Gülbahar Ramiz qızı, 4-cü kurs Fzm-14 qrupunun tələbəsi Nuriyeva Lətafət Əlimusa qızı, 4-cü kurs Fz-18 qrupunun tələbəsi Abasquliyeva Günay Hüseyn qızı mükafat alanlar sırasında idilər.

Sonda rektor, akademik Abel Məhərrəmov müsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edib, həmin tələbələrlə xatirə şəkli çəkdirib.

Tədbir bədii hissə ilə yekunlaşıb. Qeyd edək ki,bu il 187 nəfər tələbə "İlin Ən Yaxşı Tələbəsi" fəxri adına layiq görülüb.

Bookmark and Share