Home Aze Ru Eng

Maddə quruluşu kafedrasının seminarı keçirilib

20/06/2022

20 iyun 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Maddə quruluşu kafedrasının Elmi seminarı keçirilib. Seminarda kafedranın doktorantı Günel Şahbazova “İkifazalı sistemlərin tətbiq perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, biotexnologiya və farmakologiyada bioloji obyektlərin ayrılmasında və təmizlənməsində, dərman preparatlarının keyfiyyətinə nəzarətdə geniş istifadə olunan ikifazalı polimer-polimer-su və polimer-elektrolit-su sistemləri (SPİS) tədqiat obyekti kimi ciddi maraq kəsb edir. Məruzəçi ikifazalı sistemlər haqqında, onları xarakterizə edən parametrlər – hal diaqramı, paylanma əmsalı, paylanan maddələrlə sistemin fazalarındakı su mühitlərində baş verən hidrofil və hidrofob hidratasiya proseslərini xarakterizə edən parametrlər, ayırdetmə qabiliyyətinin təyini, müxtəlif əlavələrin bu sistemlərə təsiri barəsində geniş məlumat verdi. Məruzə üzrə müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.








Bookmark and Share