Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nanomateriallarin kimyəvi  fizikası" kafedrasının I kurs magistrantları Nəcəfova Afət Şirin qızı və  Quliyeva Vüsalə Mirzəli qızı 17 iyun - 5 iyul 2012-ci il tarixlərində  Dubna və Moskva şəhərlərində keçirilən MDB ölkələrinin gənc alim,  aspirant və yuxarı kurs tələbələri üçün Nanosistem və materialların  müasir tədqiqat metodlarına dair V Ali Kurs və Konfransında iştirak  etmişlər.  Ali kursların Dubna mərhələsində "Elementar hissəciklərin  aktual fiziki problemləri", " Neytronların köməyi ilə nanosistemlərin  tədqiqi", "Gənc alimlərin innovasion proyektlərinə dəstək" və s.  mövzularda mühazirələri dinləməklə yanaşı Birləşmiş Nüvə Tədqiqatları  İnstitutunda (Объединенный Институт Ядерных Исследований) laborator  praktikalarda iştirak etmişlər. V Ali kursların Moskva mərhələsində isə   magistrantlar Kurçatov İnstitutunda (НИЦ “Курцатовский Институт”)  "Nanomaterialların sinxrotron şüalanma metodu ilə tədqiqi", "Nano- və  bioobyektlərin elektron mikroskopiyası" və s. mövzularda mühazirələrdə  iştirak etmiş və Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya  İnstitutunda  (Институт Кристаллографии РАН) laborator praktikada  olmuşlar. Kursun sonunda magistrantlar sertifikatla təltif edilmişdilər. 
  
 
