27.10.16 tarixində magistrların yeni tədris ili üçün ilk elmi seminarı keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Nəbiyeva Aysel, Məlikova Əhmədova Nigar, Mirzəyeva Gülbahar və Əlizadə Türkanə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar. Çıxışını təqdim etmək üçün ilk olaraq Nəzəri fizika kafedrasının magistrantı Nəbiyeva Aysel dəvət olundu. Prof. Abdullayev S.Q rəhbərliyi ilə “Elektron-pozitron toqquşmasında Z0 bozon cütünün yaranması” mövzusunda çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca Məlikova Əhmədova Nigar “Metamateriallarda üçüncü harmonikanın generasiyası” mövzusunda elmi tədqiqat işini təqdim etdi. Elmi rəhbəri prof. Qasımova R.C məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Atom və molekul” fizikası kafedrasının magistrantı Mirzəyeva Gülbahar “Açıq təbəqəli BeH və CH molekullarının termlərinin dalğa funksiyasının və enerjilərinin tapılması” mövzusunda çıxış etdi. Magistrantın Elmi rəhbəri dos. Paşayev F.H və digər auditoriya iştirakçılarının verdikdikləri suallar əsasında mövzu daha dərin təhlil olundu və məruzə ilə bağlı təklif və iradlar bildirildi. Sonda isə magistrant Əlizadə Türkanə “Herpes virusu ribonukleotidreduktaza molekulunun konformasiya imkanlarının tədqiqi” mövzusunda çıxış etməklə elmi seminara yekun vurdu. Elmi rəhbəri G Abbasova tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumatları iştirak edən müəllim və magistrantların nəzərinə çatdırdı.