10.03.16 tarixində magistrantların növbəti elmi seminarı keçirildi. Bu seminarda görülmüş elmi-tədqiqat işləri mövzusunda Rzayev Aydan , Səlimova Gülzar , Şahverdiyeva Türkanə Cəmilova Firuzə çıxış etdilər. Seminarda iştirak edən müəllim və magistrantlar məruzəçi magistra suallar verdilər və öz fikirlərini bildirdilər. Çıxış edən magistrantların elmi rəhbərləri məruzə ilə əlaqədar öz rəylərini bildirməklə yanaşı, seminarda söylənilmiş fikir və təklifləri nəzərə almaqla görüləcək işlər haqqında məlumat verdilər. Magistrantların növbəti seminarı 05.04.16 tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Növbəti seminarda iştirak etmək istəyən müəllim və magistrlar dəvətlidirlər.