Home Aze Ru Eng

Magistrantların növbəti elmi seminarı keçirilib

03/10/2017

03.10.17-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. Eldar Şahsuvar oğlu Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantı Xəlilova Yaqut  apardığı elmi-tədqiqat işi haqqında məruzə ilə çıxış etdi. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçinin çıxışını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

“ Nanomaterialların kimyəvi fizikası” kafedrasının magistrantı Xəlilova Yaqut  elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. dos.Mina Rza qızı Vahabovanın rəhbərliyi ilə “n-butan molekulunun bir elektronlu dalğa funksiyasının hesablanması” mövzusunda çıxışı maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Beləliklə seminar rəhbəri tərəfindən çıxış və diskussiya dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 17.10.2017 tarixində olacağı elan olundu.

Bu seminara hər bir magistrant dəvətlidir.

Bookmark and Share