10.11.16-ci il tarixində magistrların növbəti elmi seminarı keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Abdullayeva Emiliya, Qardaşova Ayşə, Mürsəliyeva Lumu və Xəlilli Lalə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminar müəllim və tələbə heyətinin iştirakı ilə baş tutdu.
İlk çıxış “Nəzəri fizika” kafedrasının magistrantı Abdullayeva Emiliya tərəfindən təqdim olundu. O, prof. V. Hüseynovun rəhbərliyi ilə “Proton-proton toqquşmasında kalibrino cütünün yaranması” mövzusunda elmi çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca Qardaşova Ayşə “Proton-proton toqquşmasında neytralino və çarcinonun yaranması” mövzusunda elmi tədqiqat işini təqdim etdi. Magistrantın elmi rəhbəri A. Əhmədov və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərin təhlil olundu və məruzə ilə bağlı təklif və iradlar bildirildi. Növbəti məruzə ilə “Ümumi fizika” kafedrasının magistrantı Mürsəliyeva Lumu “TlSn1-x Dyx Se2 bərk məhlul birləşmələrinin Volt-Amper xarakteristikaları” mövzusunda çıxış etdi. Elmi rəhbəri N.Qəhrəmanov məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Sonda isə Xəlilli Lalə “Su Dekstran NaCl sistemlərində struktur xüsusiyyətləri” mövzusunda çıxış etməklə elmi seminarı yekunlaşdırdı. Elmi rəhbəri B.Paşayev tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumatları iştirak edən müəllim və magistrantların nəzərinə çatdırdı.