Home Aze Ru Eng

Magistrların elmi seminar çıxışları

08/12/2016

08.12.16-ci il tarixində magistrların növbəti elmi seminarı keçirildi.Seminarda Fizika fakültəsinin II kurs magistrantları Məmmədov Ramil, Hüseynzadə Salatın və Hafizli Umahnı apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

İlk olaraq “Fiziki elektronika” kafedrasının magistrantı Məmmədov Ramil elmi məruzəsini təqdim etmək üçün dəvət olundu. F.r.e.n N.Rəhimovanın rəhbərliyi ilə “Optoelektronika üçün perspektivli olan TlGaTe2 kristallarının dielektrik nüfuzluğunun tezlikdən asılılığının xüsusiyyətləri” mövzusunda çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca Hüseynzadə Salatın “Zn1-xCdxTe nazik təbəqələrin fotoelektrik xassələri” mövzusunda elmi tədqiqat işini təqdim etdi. Elmi rəhbəri prof. M.Cəfərov məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Sonda Astrofizika kafedrasının magistrantı Hafizli Umahnı dos.K.Alışovanın rəhbərliyi ilə “NGC40 və NGC7027 planetar dumanlıqlarının spekrinin tədqiqi” mövzusunda çıxış etməklə elmi seminara yekun vurdu və görülən  tədqiqat  ünvanlanan  sualları  ətraflı  cavablandırdı.

 

 

Bookmark and Share