25.11.16-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Rəhimova Günay, Şərifova Gültən, Haxıyeva Raisə və Alışanova Səbinə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər.
Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
İlk olaraq “Bərk cisimlər fizikası” kafedrasının magistrantı Rəhimova Günay elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Prof. S.R.Fiqarovanın rəhbərliyi ilə “Mürəkkəb formalı kvant çuxurunda elektron qazının termodinamik xassələri” mövzusunda çıxışı maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca Haxıyeva Raisə “Ümumiləşmiş Vud-Vakson potensialı üçün Şredinger tənliyinin həlli” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri dos. V. Bədəlov məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının magistrantı Şərifova Gültən “Fe, Co, Ni nanohissəcikklərinin alınması və quruluşu” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri dos. F.Hacıyeva və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərindən təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi. Növbəti məruzəçi Alışanova Səbinə prof. İ.M. Əliyevin rəhbərliyi ilə “(Tl İn Se2)1-x (Tl Ga Te2)x (x=0; 0,1; 0,2; 0,8; 0,9; 1,0) sistemin bərk məhlulların lokallaşmış hallar üzrə keçiriciliyi” mövzusunda görülən işlərlə əlaqədar çıxış etməklə yanaşı seminar iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırırdı. Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 08.12.2016 tarixində olacağı elan olundu.
Bu seminara hər bir maqistrant dəvətlidir.