Home Aze Ru Eng

Magistrantların və Gənc Tədqiqatçıların “Fizika və Astronomiya Problemləri” VIII Respublika Elmi Konfransı

24/05/2013

Fizika fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Magistrantların və Gənc Tədqiqatçıların “Fizika və Astronomiya Problemləri” VIII Respublika Elmi Konfransı keçirilmişdir. İclası Elm və İnnovasiyalar üzrə prorektor, prof. A.H. Kazımzadə açıq elan etdi. Plenar iclasda II kurs magistrantların
1. Qarayev R.R. “Sm aşkarlanmış Se-As-Te sistemlərinin optik xassələri”
2.Fərəcova N.Z. “CuJnSe2 yarımkeçirici birləşməsinin şüalanma rekombinasiyası” adlı çıxışları dinlənilmişdir.
Konfrans öz işini 4 bölmədə aparılmışdır.
Konfransa magistrantlar və gənc doktorantlar tərəfindən 85 mövzuda elmi iş təqdim olunmuşdur. Çıxışlar ətrafında geniş müzakirələr aparılmışdır. Konferensiya işinin ikinci gününü Pirqulu rəssədxanasında davam etdirmişdir. Kofransın iştirakçıları və fizika fakültəsinin bakalavr pilləsində oxuyan tələbələr üçün ən böyük diametrli (2m) teleskopun işi nümayiş olunmuşdur. Həmin gün yekun sözlə fizika fakültəsinin dekanı prof. M.Ə. Ramazanov konfransın işini yekunlaşdırdı.


Bookmark and Share