Home Aze Ru Eng

MAGİSTRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN «FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ» XVII RESPUBLİKA ELMİ KONFRANSI

01/05/2015

1 may 2015-ci il tarixində Fizika faültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş MAGİSTRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN «FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ» XVII RESPUBLİKA ELMİ KONFRANSI keçirildi. İclası  Elm və İnnovasiyalar üzrə prorektor, prof. A.H. Kazımzadə açıq elan etdi.O, konfrans iştirakçılarını salamlayaraq, bu cür konfransların artıq  gözəl ənənə şəklini almasını bildirdi.  Sonra Fizika fakültəsinin dekanı çıxış edərək son zamanlarda fakültədə aparılan uğurlu elmi işlərdən, magistrlərin elmi tədqiqat işlərinə marağının artmasından, magistrlərin səviyyəsinin artmasından danışdı. Bu gün burada çıxış edən magistrlərdən gələcəkdə dünya və Azərbaycan fizika məktəbinə böyük elm xadimləri verəcəyini magistrlərin nəzərinə çatdırdı.  Plenar iclasda II kurs magistrantların Aslanlı A.F. “ maqnit sahəsində trayek­toriyanın tənliyinin hesablanması” və Əliyeva N.S. “HD216756 ulduzunun atmosferində FeI  xətlərinə əsasən mikroturbulent hərəkət sürətinin təyini”  adlı tezislərinin məruzələri dinlənilmişdir.

Plenar iclasdan sonra konfrans öz işini 4 bölmə üzrə davam etdirmişdir. Konfransda Bakı Dövlət Universitetinin, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının, AMEA-nın Fizika institutunun magistrantları və gənc tədqiqatçıları 77 məruzə ilə çıxış etmişlər.

Bölmələrdə

1. nəzəri fizika və astrofizika (12 məruzə)

2. bərk cisimlər və yarımkeçiricilər (25 məruzə)

3. fiziki elektronika və radioelektronika (18 məruzə)

4. nanotexnologiyalar və molekulyar fizika (20 məruzə)

dinlənilmişdir. Çıxışlar ətrafında geniş müzakirələr aparılmışdır.

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilmişdir. Konfransda seçilmiş magistrantların və gənc tədqiqatçıların may ayının axırlarında Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası nəzərdə  tutuldu.

Bookmark and Share