Home Aze Ru Eng

Milli Elmler Akademiyasında gənc tədqiqatçıların və tələbələrin ikinci beynəlxalq elmi konfransı keçirilmişdir

06/03/2020

3-6 mart 2020-ci il tarixində Azərbaycan Milli Elmler Akademiyasının yaranmasının 75-ci il dönümünə həsr olunmuş, gənc tədqiqatçıların və tələbələrin ikinci beynəlxalq elmi konfransı keçirilmişdir. "Fundamental və tədbiqi elmlərin modern problemlərinin həllində multidissiplinar yanaşma" (Multidisciplinary approaches in solving modern problems of fundamental and applied sciences-Natural sciences) adlı konfrans SOCAR-ın dəstəyi ilə, AMEA Gənc Alim və Mütəxəssislər şurası tərəfindən təşkil olunmuşdur. Bakı Dövlət Universiteninin Fizika fakültəsi, Nanomaterialların kimyəvi fizikası kaferdasının əməkdaşı f.ü.f.d.H.A.Şirinova, həmin kafedranın II kurs magistrantı  N.A.Hüseynzadə və fakültənin III kurs tələbəsi S.H.Fərziyeva beynelxalq konfransın Nanotexnologiya və materialşünaslıq (Nanotechnology and materials science) bölməsində "Luminescence and dielectric properties of PP+SiO2 nanocomposite on the base of amorphous silica" adlı məruzə ilə çıxış etmiş, dinləyicilərin çoxsaylı suallarını cavablandırmışlar. Konfransın bağlanış mərasimində AMEA Gənc Alim və Mütəxəssislər şurasının sədri F.T.Salmanov tərəfindən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.


Bookmark and Share