Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadənin müəllifliyi ilə " Ümumi Astronomiya kursu" adlı kitab çapdan çıxıb. Azərbaycan dilində olan dərslikdə astronomiyanın mahiyyəti, metodoloji əsasları və hədəflərindən bəhs edilib. Dərslikdə yerin, günəşin və ayın hərəkətləri, ay və günəş tutulmaları, astronomiya təqvimləri və s. kimi təbiət hadisələri ilə bağlı faydalı məlumatlar verilib. Əsasən universitetlərin fizika fakültələrinin bakalavr səviyyəsi üzrə tərtib olunan dərs proqramlarına uyğun hazırlanana dərslik magistrantlar, doktorantları və orta məktəbdə Astronomiya fənnini tədris edən müəllimlər üçün faydalı ola bilər.