Home Aze Ru Eng

Ümumi fizika və FTM kafedrasında seminar keçirilib

25/05/2022

25 may 2022-ci il tarixində Fizika fakültəsi Ümumi fizika və FTM kafedrasının elmi seminarında dosent Eldar Ələkbərov “Фазовые переходы и кинетика кристаллизации в тонких пленках твердых растворов TlGa1-xGexSe2” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki,  tipli nanoqalınlıqlı təbəqələrin struktur xassələrinin öyrənilməsi müasir cihazqayırmada aktuallığını saxlayır. Bu mürəkkəb yarımkeçirici birləşmələr əsasən anizotrop olurlar və müasir optoelektronika üçün maraq kəsb edirlər. TlGaSe2 birləşməsi, kristall qəfəsin özünəməxsus quruluşuna malik olan tipli natamam valentli yarımkeçirici birləşmələrin səciyyəvi nümünəsidir.  Göstərilən qrupun əksər birləşmələrində kation düyünlərin bir hissəsi vakantdır. Bu da onları kimyəvi rabitənin təbiətinə və qiymətinə görə digər yarımkeçirici materiallardan əhəmiyyətli dərəcədə fərqləndirir. Bu nöqteyi-nəzərdən, dördüncü qrup elementlərinin yuxarıda göstərilən birləşmələr üçün qarışıq kimi istifadəsi maraq kəsb edir. Eldar Ələkbərovun məruzəsi ətrafına müzakirələr aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb.



















































































Bookmark and Share