Home Aze Ru Eng

Məzunlar 30 ildən sonra universitetdə görüşdülər

02/07/2022

02.07.2022-ci il tarixində Bakı Dövlət Universitetində məzunların universiteti bitirməklərinin 30 illiyi ilə bağlı görüşü keçirilib. Belə ki, Fizika fakultəsinin 260-cı qrupun 1992-ci il məzunları 30 ildən sonra doğma universitetin audiroriyaların ayaq basıblar. Görüşdə müəllimlər və BDU-nun rektoru Elçin Babayev iştirak edib. Fizika fakültəsinin 437 saylı auditoriyasında keçirilən görüşdə  həm  Bakıda , həm də Azərbaycanın müxtəlif  bölgələrinin orta məktəblərində fizikanı tədris edən müəllimlər, həmçinin digər  sahələrdə çalışan məzunlar iştirak edib. Əyani iştirak edə bilməyən digər məzunlar , o cümlədən xaricdə yaşayan məzunlar görüşə online formatda qoşulublar.Vaxtilə onlara  Elektron hesablama maşınları və proqramlaşdırma fənnini tədris edən dosent Qurban Qasımov bu dərsin təkamülü, müasir tədrisi haqqında  məzunlarla müzakirə etdi. Məzunlar 30 il əvvəlki xatirələrini bölüşdülər. Sonda məzunlar, Qurban  müəllim və rektor Elçin Babayev ilə xatirə şəkli çəkdirdilər.



















Bookmark and Share