26 may 2012-ci il tarixdə BDU-da Universitetin fizika fakültəsinin 1982-ci il məzunları ilə görüş keçirilmişdir. Məzunları Universitetin rektoru, akademik A.M.Məhərrəmov qəbul etmişdir. Akademik A.A.Məhərrəmov görüşdə çıxış edərək fizik məzunları 30 ildən sonra Universitetdə görüşmələri münasibəti ilə təbrik etdi və qeyd etdi ki, 1982-ci il fizika fakültəsinin məzunlarından 5 nəfər elmlər doktoru, 30 nəfər elmlər namizədidirlər. Onlardan 10 nəfəri BDU-da, 70 nəfəri isə Azərbaycan Respublikasının digər elm və təhsil müəssisələrində çalışırlar. 1 elmlər doktoru və 1 elmlər namizədi Sankt-Peterpurqda elmi fəaliyyətlərini davam etdirirlər. Onlar Universitetlə, yeni yaradılmış Nanoaraşdırmalar elmi tədqiqat laboratoriyası ilə tanış oldular. Sonra görüşün bədii hissəsi davam etdirildi.